Ruslar oktyabrın 13də uçmağa qorxurlar


Dünya 13 Okt 2017 14:51:00 324 0

Ruslar oktyabrın 13də uçmağa qorxurlar

Ruslar 13 oktyabr tarixində uçmaqdan qorxurlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, belə bir qənaətə "Momondo" turizm xidməti xüsusi sorğudan sonra gəlib.

Belə ki, bu cümə gününə olan uçuşlara tələbat ötən həftə ilə müqayisədə 26 % azalıb və bunun ayın 13 olması ilə əlaqədar olduğu bildirilir.

Qeyd edilir ki, bu tarixdə xüsusilə kanadalılar uçmağa ehtiyat edirlər. Bu gün onlar ötən həftə ilə müqayisədə səyahəti 46% daha az planlaşdırıblar.