"Peyğəmbərin və imamların şəkillərini yandırdım, çünki..."


Digərləri 13 Okt 2017 14:44:00 409 0

"Peyğəmbərin və imamların şəkillərini yandırdım, çünki..."

Son.az publika.az-a istinadən ilahiyyatçı Elşad Miri ilə müsahibəni təqdim edir:

- Elşad bəy, ailənizdə dini təhsil almış, ixtisasca ilahiyyatçı olan kimsə varmı?

- Xeyr, heç kim yoxdur.

- Bəs necə oldu ki, siz ilahiyyatçı olmağı seçdiniz? Bəzən görürsən ki, hüquqa balı çatmayan uşaqlar məcbur olub filologiyada, jurnalistikada oxuyurlar. Sizdə də belə olmayıb ki?

- Bizim ailə tamamilə liberaldır. Ağlım kəsəndən atamı imkanlı görmüşəm. Atam Bakıya tez-tez gəlib-gedirdi. Bir dəfə Bakıdan video kassetlər almışdı. O kassetlərin içində "Peyğəmbər" filmi də vardı. Bu filmə atamla bir yerdə baxdıq. Tez-tez ona suallar verirdim ki, peyğəmbər burda niyə göstərilmir? Atam da cavab verdi ki, yəqin, peyğəmbər gözəgörünməz olub. Bu söz mənə qəribə gəlmişdi.

Sonra elə oldu ki, həmin filmə tək baxdım. Bilirsiniz ki, film peyğəmbərin vəfatı ilə yekunlaşır. Onda çox ağlamışdım! Ürəyimdən keçirdi ki, mən niyə peyğəmbəri görmədim? Düzdür, mən yuxuları real həyatla əsaslandırmıram, amma həmin ərəfədə yuxuda Məhəmməd peyğəmbəri gördüm. Peyğəmbər əlimdən tutdu, aramızda müəyyən söhbətlər də oldu. Səhərisi gün isə məndə bir həvəs yarandı. Din nədir, peyğəmbər kimdir? Bu suallar məni düşündürməyə başladı. Cavabını isə atam bilmir, anam bilmir, babam bilmir...

- Maraqlıdır, yuxuda peyğəmbərlə nə danışmışdınız?

- Mən qara paltar geyinmişdim, onlar isə ağ əmmamədə dağın təpəsində dayanmışdılar. Peyğəmbər mənə yaxınlaşdı, əlimdən tutdu, dedi, mən səni müsəlman eləyəcəm. Sonra dini kitablar almaq üçün bazara getdim. Orda şəkillər gördüm, altına Məhəmməd peyğəmbərin adı yazılmışdı. Şəkillərə baxıb dedim ki, bu, peyğəmbər deyil. Soruşdular ki, sən hardan bilirsən, axı heç kim onu görməyib. Qayıtdım ki, mən peyğəmbəri yuxuda görmüşəm, o, bu şəkildəki insana oxşamır. Pul verib peyğəmbərin və imamların şəkillərini aldım. Evə gəlib şəkillərin hamısını yandırdım.

- Niyə?

- Ki, yuxuda gördüyüm bu insan deyil.

- Onda neçə yaşınız vardı?

- Təxminən, 9-10 yaşım olardı.

- Siz Qafqaz Universitetinin İlahiyyat fakültəsində oxumusunuz?

- Peyğəmbəri yuxuda görəndən sonra elə uşaq yaşımdan dini araşdırmağa başladım. Bir yas yerinin yanından keçirdim, yaxınlaşdım, gördüm dindən danışırlar. Xoşuma gəldi. Gözlədim, molla çölə çıxanda dedim ki, dini öyrənmək istəyirəm, mənə kömək eləyə bilərsinizmi? Molla atamı tanıyırdı. Mənə ilk dəfə dəstəmaz almağı da o öyrətdi. Mollaya atam hər ay pul da verirdi.

Sonra İranda təhsil almışam, başqa bir mollanın yanına getdim, ona da pul verirdim, öyrədirdi. Onda mən Yevlaxda yaşayırdım. Dedilər ki, Ağdaşda bir mədrəsə var. Ora getmək üçün atamdan icazə aldım. Uşaq olmağıma baxmayaraq o da icazə verdi. Həftədə iki-üç dəfə Yevlaxdan Ağdaşa gedib-gəlməyə başladım. Atam yolpulumu da verirdi.

Daha sonra Qəbələdə ərəb dili və şəriət dərsləri vardı, oranı da qırmızı diplomla bitirdim. Bir müddət türklərlə qaldım, həm din öyrənirdim, həm də orta məktəbi oxuyurdum. Türk kolleclərinə hazırlıq məktəbi açıldı, orda da təhsil almağa başladım. Bir gündə üç məktəb oxuyurdum. Amma yorulmurdum, çünki sevirdim. Sonra elə oldu ki, Azərbaycan dilində imtahan verdim, balım çox yüksək çıxdı. Sumqayıt Türk İlahiyyat Kollecinə üçüncülüklə qəbul oldum. Buranı qurtarandan sonra isə bəli, Qafqaz Universitetinin İlahiyyat fakültəsinə daxil oldum.

- "Qafqaz"a qəbul olunmağınızı atanız da istəyirdimi?

- Yadımdadır, atam məndən soruşdu ki, universitetə qəbul oldunmu? Dedim ki, hə, ilahiyyatda oxuyacam. Dedi, ilahiyyat nədir? Bildirdim ki, dinlə bağlı olan bir sahədir. Atam sual verdi ki, bu ixtisasdan pul qazana biləcəksənmi? Mən isə düzü, burasını fikirləşməmişdim. Atam dedi, təki sevdiyin işlə məşğul ol...

- Atanız demişkən, indi dindən pul qazana bilirsinizmi?

- Həmişə Allahıma dua edirəm ki, mən dindən pul qazanmayım. Elə bir imkanım olsun ki, ayrı şeydən qazanım və dinin yayılması, təbliği, Allah yolunda o pulu xərcləyə bilim.

- Dindən pul qazanmırsınızsa, yəqin, qazancınız Media Təqib Mərkəzindəndir...

- Mən Media Təqib Mərkəzini quranda bütün dostlar, jurnalistlər soruşdu ki, Elşad, bu ideya hardan ağlına gəldi? Azərbaycandakı bütün saytlar, bütün televiziyalar əlimizin altındadır, hamısı bizdə qeyd olunur. Media Təqib Mərkəzi lazım olan bütün informasiyaları bura abunə olan müştərilərə verə bilir. Mən maliyyəmi burdan qazanıram.

- Elşad bəy, hansı şəkildə olur-olsun, dini təbliğ eləyən adamlar haqqında cəmiyyətdə şübhələr yaranır ki, görəsən, onu kim maliyyələşdirir? Görəsən, arxası hara bağlıdır, kimin adamıdır? Sizin haqqınızda da belə söhbətlər tez-tez eşidilir...

- Bəli, məni bağlamadıqları yer qalmayıb. Öncələr dinə başlayanda müəllimim İranla bağlı olduğuna görə mənə "şiəliyin təbliğatçısı" dedilər. Sonra türklərlə əlaqələndirdilər, "sünni" dedilər. "Yəhudilərin adamı" dedilər, "masson" dedilər və deyirlər. "Xaricdən pul alır" dedilər. Konkret dedilər ki, Elşad Miri İngiltərədən maliyyələşir. Daha maliyyələşmədiyim yer qalmadı. Amma heç kim demir ki, bu adamı həqiqətən araşdırın, görün kimdir?

Bir müddət Amerikada qaldım, ordan gələn kimi Milli Təhlükəsizlik Nazirliyi ofisimi bağladı. Bütün komputerlərimi, otağımda nə vardısa, hamısını götürdülər, hal şahidləri oldu, maşınımı yoxladılar və s. Hətta Bakıdan kənara çıxmamağımla bağlı iltizam da aldılar. Bu proses xeyli getdi və əşyalarımı bir il dörd ay sonra ala bildim. Ciddi araşdırmalar getdi, komputerimdəki bütün informasiyalar oxundu. Allaha şükür, məndə hər hansı şübhəli bir şey olsaydı, bu gün sizlə üz-üzə oturub söhbət eləyə bilməzdim, çoxdan həbs olunmuşdum.

- Siz Qafqaz Universitetində oxuyarkən, oranın nurçuların olduğunu bilirdiniz?

- Sizə bir şey deyim. Mən Qafqaz Universitetindən əvvəl nurçuların orta məktəbində oxumuşam. Ondan əvvəl isə uşaqlığımda Fəthullah Gülənin yanında da qalmışam. Fəthullah Gülən mənə imzalı kitabını bağışlayıb. Axı onda nurçuların, konkret olaraq Fəthullah Gülənin haqqında heç bir şey deyilmirdi. Uşaq idim, mən onları necə tanıya bilərdim?

- Ağıllı insansınız, bəs nurçuluğun zərərli bir ideologiya olduğunu hiss eləmirdiniz?

- Hələ orta məktəb illərindən nurçuların mənfi bir şey öyrətdiklərinin şahidi olmamışdım. Universitetdə də həmçinin! Çünki onlar adamı yavaş-yavaş zombiləşdirir, manqurtlaşdırırdılar. Onlardan qurtulmaq hər adama nəsib olmur. Məsələn, FETÖ-nün terror təşkilatı kimi qəbul edilməsinə, Türkiyədə qəbul edilmiş bir hakimiyyətə qarşı çevriliş cəhdinin olunmasına baxmayaraq, bəzi türkiyəlilər və bəzi azərbaycanlılar bunu hələ də qəbul eləmirlər. Çünki beyinləri o qədər yeyilib ki, onlardan qurtula bilmirlər.

- Bəs deyə bilərsinizmi, nurçular adamı necə zombiləşdirir, necə manqurtlaşdırır?

- Təsəvvür elə, eyni sinifdə oxuduğum, eyni yataqxanada qaldığım, eyni yerdə yatıb-durduğum, yemək yediyim insanlar illər əvvəl düşüncələrimə görə məni vatsap qruplarından çıxartmışdılar. Nurçuların bir a


Xəbərə aid video