Gələn ilin sentyabrında "STAR" zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmi yola salınacaq - ƏLAVƏ OLUNUB


İqtisadiyyat 13 Okt 2017 14:29:00 377 0

Gələn ilin sentyabrında "STAR" zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmi yola salınacaq - ƏLAVƏ OLUNUB

Gələn ilin sonuna isə zavodun təhvil-təslim işləri yekunlaşacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) gələn il sentyabrın 20-də - Neftçilər günündə "STAR" neft emalı zavodunun məhsulunun ilk partiyası ilə yüklənmiş gəmini yola salmağı planlaşdırır. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində "SOCAR Turkey Enerji A.Ş"-nin əməliyyatlar üzrə direktoru Emin Eminov bildirib. 

Onun sözlərinə görə, gələn ilin sonuna isə zavodun təhvil-təslim işləri yekunlaşacaq: "Zavodun tikinti işləri uğurla davam etdirilir".

***

"Gələn ilin yanvar ayında istismar-sınaq işlərinə başlanacaq. Zavoda elektrik enerjisinin verilməsinə artıq başlanılıb. Hazırda zavod üçün işçilərin işə qəbulu həyata keçirilir, artıq 500 nəfər işə cəlb olunub. İlin sonuna işə qəbul prosesi yekunlaşacaq. Zavodda 750-800 nəfərin çalışacağı gözlənilir", - deyə E.Eminov əlavə edib.