Ronaldo yuxu məşqçisi tutdu


İdman 13 Okt 2017 14:27:00 329 0

Ronaldo yuxu məşqçisi tutdu

Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldonun komanda yoldaşlarından daha çox məşq etdiyi, özünü fiziki və texniki baxımdan inkişaf etdirmək üçün çox çalışdığını hamı bilir. Ancaq onun xüsusi yuxu məşqçisi olduğunu və xüsusi rejimlə yatdığını bilən çox az adam var.

Goal.az xəbər verir ki, Nik Littehals yuxu məşqçisidir və Ronaldonun xüsusi məşqçilərindən biridir. Uzun müddətdir ki, Ronaldonun yuxu rejimini o planlayır.

Bu rejimə əsasən, Ronaldo gün ərzində 7,5 saat yatır. Ancaq bir dəfədə yox, hər dəfəsində 90 dəqiqə olmaqla 5 dəfəyə.

Littehals Ronaldonun meydandakı performansını necə yüksəltdiyini belə izah edir:

- 8 saat davamlı yuxu sağlam üsul deyil. Xüsusilə də saat 13:00-15:00 arası yatmaq məhsuldarlığı azaldır. Ronaldo gündə 5 dəfə yatır və hər dəfə yatmazdan əvvəl mələfələr dəyişdirilir.

- Ana bətnindəki uşaq pozisyasında, yan və dizləri qarnına çəkik formada yatır.

- Yatmadan əvvəl 90 dəqiqə ekran qadağası başlayır. Cib telefonu, komputer istifadə etmir, televiziya seyr etmir. Bunun da səbəbi budur ki, bir çox elm adamı mavi şüaların uyğu hormonu Melatonini zədələdiyi və yuxu qaçırdığını təsdiqləyir.

- Düşərgədə olanlar bilir. İnsan nazik örtük üzərində yatanda daha sağlam oyanır. Ronaldo da çox incə döşək üzərində yatır.

Zeynəb Əliyeva