"Buta Airways" Avropaya uçuşlar həyata keçirməyə başlayır


Digərləri 13 Okt 2017 14:16:00 44 0

"Buta Airways" Avropaya uçuşlar həyata keçirməyə başlayır

"Buta Airways" aviaşirkəti Avropaya uçuşlar həyata keçirməyə başlayır.

Bakı. "Buta Airways" aviaşirkəti Avropaya uçuşlar həyata keçirməyə başlayır. Şirkətin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuşlar 16 yanvar 2018-ci ildən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək. Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov deyib: “Sofiya şəhərinə yeni müntəzəm reysin açılması Azərbaycanın mülki aviasiya sahəsində əhəmiyyətli hadisədir. Bakı-Sofiya istiqaməti üzrə aviareys ölkəmizin vətəndaşları üçün yeni məşhur istirahət istiqamətləri açacaq. “Buta Airways” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslər Avropa və Bakını turistlər üçün daha açıq məkana çevirəcək. Aşağıbüdcəli milli aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi və optimallaşdırılması üzrə işləri davam etdirəcək”. Yaxın zamanlarda yeni reyslərin təxsisetmə sisteminə daxil edilməsi üzrə texniki işlər başa çatdırıldıqdan sonra aviaşirkətin rəsmi saytında aviabiletlərin satışı həyata keçiriləcək. Aşağıbüdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib. Xatırladaq ki, oktyabrın 29-dan etibarən "Buta Airways" Bakı-İstanbul və Bakı-Sankt Peterburq marşrutları üzrə uçuşlar həyata keçirəcək. “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Azərbaycan nar şirəsi və fındıq ixracını artırır like
  • 13 Okt 14:15  
İqtisadiyyat Azərbaycan nar şirəsi və fındıq ixracını artırır

“ANUGA” Beynəlxalq Ərzaq Sərgisində iştirak edən Azərbaycan şirkətl

arrow Ətraflı
Bank of Baku öz müştərisini NyuYorka göndərir! like
  • 13 Okt 14:15  
Digərləri Bank of Baku öz müştərisini NyuYorka göndərir!

12 oktyabr 2017-ci il tarixində, Azərbaycanın bank sektorunda hər zaman ilkl

arrow Ətraflı
Yunker: Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək like
  • 13 Okt 14:14  
Digərləri Yunker: Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək

Əgər Kataloniya müstəqil olsa, digəriləri də onun kimi addım atmaq istə

arrow Ətraflı
BMT rəsmisi Azərbaycanın uğurlu gənclər siyasətini xüsusi vurğulayıb (FOTO) like
  • 13 Okt 14:14  
Digərləri BMT rəsmisi Azərbaycanın uğurlu gənclər siyasətini xüsusi vurğulayıb (FOTO)

Rusiyanın Moskva şəhərində oktyabrın 11-dən etibarən BMT-ə üzv 70-dən

arrow Ətraflı
Samira: "Şouproqramlara məcbur gedirəm" like
  • 13 Okt 14:10  
Şou-biznes Samira: "Şouproqramlara məcbur gedirəm"

Hansısa şou, patar və hərəkətləri ilə özlərini gündəmdə saxlayırla

arrow Ətraflı
Dünyada Azərbaycan təhsilinin reytinqi yüksəlir like
  • 13 Okt 14:08  
Digərləri Dünyada Azərbaycan təhsilinin reytinqi yüksəlir

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, dünya təhsil bazar

arrow Ətraflı
Messi - "Manchester City" iddiaları güclənir like
  • 13 Okt 14:08  
İdman Messi - "Manchester City" iddiaları güclənir

Katalon klubu ilə 18 aydır danışıq aparan və yeni müqavilə i

arrow Ətraflı
Bolqarıstan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib like
  • 13 Okt 14:07  
Digərləri Bolqarıstan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Bolqarıstan Prezidenti Rumen Radev ulu öndər Heydər Əliyevin məzarı önü

arrow Ətraflı
Polşanın xarici işlər naziri Azərbaycana səfər edəcək like
  • 13 Okt 14:03  
Siyasət Polşanın xarici işlər naziri Azərbaycana səfər edəcək

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən siyasi

arrow Ətraflı
Ölkəmizdə əczaçılıq sahəsində inqilabi yenilik like
  • 13 Okt 14:00  
Digərləri Ölkəmizdə əczaçılıq sahəsində inqilabi yenilik

Azərbaycanda tibb sahəsində Cənubi Qafqazda analoqu olmayan çox önəmli bi

arrow Ətraflı
"Hacı" Şəbnəmə bahalı hədiyyət aldı  FOTO like
  • 13 Okt 13:58  
Şou-biznes "Hacı" Şəbnəmə bahalı hədiyyət aldı FOTO

Müğənni Şəbnəm Əsədovaya kəbinli həyat yoldaşı, "Hacı" de

arrow Ətraflı
BakıNaxçıvan dəmiryolu nə vaxt açılacaq? like
  • 13 Okt 13:54  
Digərləri BakıNaxçıvan dəmiryolu nə vaxt açılacaq?

"Bakı-Naxçıvan birbaşa dəmiryolu xəttinin açılması "Şimal-C

arrow Ətraflı
Sumqayıtda yük avtomobili yanıb like
  • 13 Okt 13:54  
Digərləri Sumqayıtda yük avtomobili yanıb

Sumqayıtda yük avtomobili yanıb. Bu barədə Trend-ə FHN-dən məlumat veril

arrow Ətraflı
BakıGəncə sürət qatarında like
  • 13 Okt 13:53  
Digərləri BakıGəncə sürət qatarında

Sürət qatarlarında Bakı-Gəncə yolu üzrə gediş haqqı açıqlanıb.

arrow Ətraflı