Bərdədə yol qəzası:


Digərləri 13 Okt 2017 13:10:00 358 0

Bərdədə yol qəzası:

Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bərdə şəhərinin koroğlu küçəsində qeydə alınıb.  Belə ki, Tərtər rayon sakini, 28 yaşlı Rahib Quliyevin idarəetdiyi 02-BM-893 dövlət qeydiyyat nömrə nişanlı "VAZ-21011" markalı, idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü R.Quliyev və avtomobildə olan iki sərnişin - Tərtər rayon sakinləri, 24 yaşlı Ayaz Məmmədov, 25 yaşlı Nail Musayev müxtəlif dərəcəli bədən xəsarələri alıb.


Xəbərə aid fotolar