10 minlərlə heyvan sahibinə subsidiya ödənildi


Digərləri 13 Okt 2017 13:13:00 321 0

10 minlərlə heyvan sahibinə subsidiya ödənildi

2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə, 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilib.

Milli.A zxəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilir ki, respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniyadan 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin- anqus olmaqla cəmi 28 baş törədici buğa, İrandan isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Göygöldə rayonundakı Respublika Süni Mayalanma Mərkəzində istifadə olunmaq üçün gətirilib.

Məlumatda qeyd olunur ki, xüsusi hazırlanmış məlumat bazası vasitəsilə genetik materialın Mərkəzdən təsərrüfatlara qədər izlənməsi və fərdi uçotun aparılmasına başlanılıb.

Süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 (yüz) manat subsidiyanın verilməsi həyata keçirilir. Subsidiya ödənişləri 2016-cı ildən etibarən ödənilir və ötən il də daxil olmaqla, 2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilib. Bu isə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılmasına şərait yaradılması ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının marağının nəzərə çarpacaq dərəcədə yüksəlməsinə səbəb olub.