Ölkədə əczaçılıq sahəsində inqilabi yenilik


Digərləri 13 Okt 2017 13:09:00 276 0

Ölkədə əczaçılıq sahəsində inqilabi yenilik

Azərbaycanda tibb sahəsində Cənubi Qafqazda analoqu olmayan çox önəmli bir ilkə imza atılıb.

Bakı. Azərbaycanda tibb sahəsində Cənubi Qafqazda analoqu olmayan çox önəmli bir ilkə imza atılıb. Ölkənin dərman istehlakçıları indi evlərindən çıxmadan onlara lazım olan dərman vasitələri və tibbi ləvazimatları haradan əldə edəcəkləri ilə bağlı ətraflı məlumat ala biləcəklər. Qısa müddət ərzində böyük marağa səbəb olmuş dermantap.az saytı Azərbaycanda ilk dəfə olaraq bu sahədə yaradılmış elektron xidmət növü kimi həmvətənlərimizin istifadəsinə verilib. Bu xidməti özlüyündə sosial yönümlü layihə kimidə təqdim etmək olar. Proqram rəhbəri Nəzər İsmayılov, veb proqramçı Cahangir Abdullayev və veb dizayner Əli Məmmədlidən ibarət müəlliflər qrupu müasir durumu və tələbatı nəzərə alaraq, maraqlı, işlək bir struktur yaradıblar. Sayt ölkə ərazisində olan dərman və dərman vasitələri satışını həyata keçirən aptekləri özündə cəmləşdirir. Sayta giriş həm stasionar kompüterlərdən, həm də telefon və planşetlər vasitəsilə mümkündür. Sayta ilk müraciət zamanı 3 xidmət növü təklif edilir. Sizə ən yaxın apteklərin siyahısını əldə etmək imkanı; Dərman axtarışını həyata keçirmək; Hər hansı dərmanı tapmadığınız təqdirdə sifariş bölməsi vasitəsilə operatorla əlaqə Ən yaxın apteklərin siyahısı bölməsinə giriş etdiyiniz zaman olduğunuz yerə müvafiq olaraq sizə ən yaxın aptekdən tutmuş ən uzaq aptekə kimi sıralama ilə siyahı təqdim ediləcək. Bu siyahıda aptekin adı, ünvanı, əlaqə vasitələri və ən əsası - bu aptekə getmək üçün xəritə üzərində yol cızılacaq və məsafə haqqında məlumat veriləcək. Dərman axtarışı bölməsi 18000-ə yaxın dərman, dərman vasitələri, parfümeriya, tibbi ləvazimat və s. haqqında məlumatı özündə əks etdirir. Burada siz dərman vasitəsini həm ticari ada görə, həm də onun tərkibinə görə axtarış edə bilərsiniz. Əhalinin dərman adlarını daha tez axtarması üçün dərman adları beynəlxalq adlarla yanaşı, adi tələffüz qaydasına uyğun da bazaya əlavə edilib. Dermantap.az saytında yerləşdirilmiş siyahıda Tarif Şurası tərəfindən təsdiq edilmiş dərman qiymətləri də öz əksini tapıb. Sistem daim onlayn şəkildə yenilənir. Tələbata uyğun olaraq gələcəkdə dermantap.az saytına bir sıra yeni axtarış və xidmət texnologiyalarının əlavə edilməsi nəzərdə də tutulur.