Ceyms Appaturay: "NATO-nun qonşu ölkələrindəki təhlükəsizlik bizim üçün çox vacibdir"


Dünya 13 Okt 2017 12:46:52 361 0

Ceyms Appaturay: "NATO-nun qonşu ölkələrindəki təhlükəsizlik bizim üçün çox vacibdir"

"Biz qonşu ölkələrlə fəal işləməliyik"

"NATO-ya üzv olan ölkələrin qonşu dövlətlərinin təhlükəsizliyi və sabitliyi Alyans üçün olduqca vacibdir".

"Report"un Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Batumidə keçirilən beynəlxalq müdafiə və təhlükəsizlik konfransında deyib.

"Hesab edirəm ki, biz qonşu ölkələrlə fəal işləməliyik, çünki qonşu ölkələrdə sabitlik NATO-ya üzv olan ölkələrdə sabitlik deməkdir", - o bildirib.

C.Appaturay qeyd edib ki, müvafiq müdafiə və təhlükəsizlik standartları olan ölkələrlə əməkdaşlıq Alyansın prioriteti olaraq qalır.