Ruslar oktyabrın 13-də uçmağa qorxurlar


Digərləri 13 Okt 2017 12:56:00 230 0

Ruslar oktyabrın 13-də uçmağa qorxurlar

Ruslar 13 oktyabr tarixində uçmaqdan qorxurlar.

Bakı. Ruslar 13 oktyabr tarixində uçmaqdan qorxurlar. Trend-in məlumatına görə, belə bir qənaətə "Momondo" turizm xidməti xüsusi sorğudan sonra gəlib. Belə ki, bu cümə gününə olan uçuşlara tələbat ötən həftə ilə müqayisədə 26 % azalıb və bunun ayın 13 olması ilə əlaqədar olduğu bildirilir. Qeyd edilir ki, bu tarixdə xüsusilə kanadalılar uçmağa ehtiyat edirlər. Bu gün onlar ötən həftə ilə müqayisədə səyahəti 46% daha az planlaşdırıblar. Bu tarixdən yararlananlar isə danimarkalılar olub - onlar cümə günü ötən günlərlə müqayisədə 139% daha çox bilet alıb.