38423 nəfər heyvan sahibinə subsidiya ödənilib


Digərləri 13 Okt 2017 12:43:00 47 0

38423 nəfər heyvan sahibinə subsidiya ödənilib

2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə, 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilib.

Bakı. 2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə, 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilib. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilir ki, respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq Avstriya və Almaniyadan 10 baş simmental, 8 baş holştein-friz, 5 baş şvis, 3 baş şarole, 2 baş aberdin- anqus olmaqla cəmi 28 baş törədici buğa, İrandan isə 2 baş cinsi yaxşılaşdırılmış mürrah mənşəli törədici kəl Göygöldə rayonundakı Respublika Süni Mayalanma Mərkəzində istifadə olunmaq üçün gətirilib. Məlumatda qeyd olunur ki, xüsusi hazırlanmış məlumat bazası vasitəsilə genetik materialın Mərkəzdən təsərrüfatlara qədər izlənməsi və fərdi uçotun aparılmasına başlanılıb. Süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 (yüz) manat subsidiyanın verilməsi həyata keçirilir. Subsidiya ödənişləri 2016-cı ildən etibarən ödənilir və ötən il də daxil olmaqla, 2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 baş ( o cümlədən Naxçıvan MR üzrə 8193 baş) buzova görə 38423 nəfər heyvan sahibinə subsidiya ödənişləri həyata keçirilib. Bu isə yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılmasına şərait yaradılması ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının marağının nəzərə çarpacaq dərəcədə yüksəlməsinə səbəb olub. Cari ilin 9 aylıq dövründə ailə-kəndli və fermer təsərrüfatlarında saxlanılan 87849 baş az məhsuldar və damazlıq keyfiyyəti aşağı olan qaramalda süni mayalanma aparılıb ki, bu da ötən ilin müvafiq dövründən (70182 baş) 25,2 faiz çoxdur. Qeyd edək ki, Göygöldə istifadəyə verilən Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq və yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.
Xorxe Sampaoli Çilinin fiaskosunu öncədən təxmin edib like
  • 13 Okt 12:40  
İdman Xorxe Sampaoli Çilinin fiaskosunu öncədən təxmin edib

Çili millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli 2015-ci ildə

arrow Ətraflı
Azərbaycanlı aktyoru erməni filminə dəvət etdilər  FOTOFAKT like
  • 13 Okt 12:39  
Digərləri Azərbaycanlı aktyoru erməni filminə dəvət etdilər FOTOFAKT

Tanınmış aktyor-ssenarist Elsevər Mehdizadəyə erməni rejissor tərəfind

arrow Ətraflı
Səmranın bu görüntüsü "TOPA TUTULDU"  FOTO like
  • 13 Okt 12:37  
Şou-biznes Səmranın bu görüntüsü "TOPA TUTULDU" FOTO

Müğənni Səmra Rəhimli sosial mediadakı paylaşımı ilə tənqid olunub.

arrow Ətraflı
Bələdiyyələrin səlahiyyətləri artırılır like
  • 13 Okt 12:36  
Digərləri Bələdiyyələrin səlahiyyətləri artırılır

Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin material

arrow Ətraflı
Fahriye təkliflərdən uşaq üçün imtina edir?  FOTO like
  • 13 Okt 12:35  
Digərləri Fahriye təkliflərdən uşaq üçün imtina edir? FOTO

Fahriye Evcenin iyunda baş tutan toyundan sonra gələn bütün film və serial

arrow Ətraflı
Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır like
  • 13 Okt 12:30  
Digərləri Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır

Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbami

arrow Ətraflı
Karbamid zavodunun tikinti işləri 99% yekunlaşıb like
  • 13 Okt 12:26  
İqtisadiyyat Karbamid zavodunun tikinti işləri 99% yekunlaşıb

Bu ilin sonuna inşaat işləri başa çatacaq, gələn il isə zavod istifadəy

arrow Ətraflı
22 min manata görə 8 il CƏZA like
  • 13 Okt 12:25  
Digərləri 22 min manata görə 8 il CƏZA

Bakıda qadına qarşı dələduzluq  təqsirləndirilən Elnur Abdullayevin ci

arrow Ətraflı
Braziliyalı mütəxəsisin oğlan nəvəsi dünyaya gəlib like
  • 13 Okt 12:23  
İdman Braziliyalı mütəxəsisin oğlan nəvəsi dünyaya gəlib

Braziliya millisi və "Real"ın sabiq müdafiəçisi Roberto Karlos ba

arrow Ətraflı
Bələdiyyələrin səlahiyyətləri artırılır - yaşıllıqlarla bağlı like
  • 13 Okt 12:22  
Digərləri Bələdiyyələrin səlahiyyətləri artırılır - yaşıllıqlarla bağlı

Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin material

arrow Ətraflı
Bacısına mesaj yazıldığına görə adam öldürən gəncdən like
  • 13 Okt 12:21  
Digərləri Bacısına mesaj yazıldığına görə adam öldürən gəncdən

Bacısına mesaj yazan şəxsi öldürməkdə təqsirləndirilən 18 yaşlı Mir

arrow Ətraflı
UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub like
  • 13 Okt 12:18  
İqtisadiyyat UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub

Universitetdə “Sosial Biznes: Azərbaycanda Reallıqlar və Perespektivlər

arrow Ətraflı