Ali təhsil müəssisələri üçün minimum normalar ləğv edildi


Digərləri 13 Okt 2017 12:45:00 76 0

Ali təhsil müəssisələri üçün minimum normalar ləğv edildi

“Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar” ləğv edilib.

Bakı. İlhamə İsabalayeva - “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar” ləğv edilib. Trend-in məlumatına görə, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərarda bildirilir ki, Azərbaycan Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanına və Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarına əsasən, 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir və ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipinə uyğun müəyyən olunur. Hazırda dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələri öz maliyyə-təsərrüfat fəaliyyətlərini müvafiq olaraq dövlət sifarişi və ödənişli əsaslarla kadr hazırlığından, eləcə də qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən əldə olunan büdcə və büdcədənkənar vəsaitlər hesabına sərbəst şəkildə təmin edirlər. Eyni zamanda ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 22 oktyabr 2012-ci il tarixli 244 nömrəli qərarına əsasən “Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində yeni vəzifə maaşlarına və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 12 sentyabr 2008-ci il tarixli 210 nömrəli qərarı ləğv edilib. Belə ki, hazırda dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrində çalışan bütün işçilərin əməkhaqqı müəssisənin rəhbəri ilə işçi arasında mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq bağlanmış müqavilə əsasında sərbəst müəyyənləşdirilir. Göstərilənləri və ali təhsil müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin normal təşkilini təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin Kollegiyası Azərbaycan Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 16-cı hissəsini rəhbər tutaraq qərara alıb ki, Təhsil Nazirliyinin 1997-ci il 4 aprel tarixli 198 nömrəli əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 1997-ci il 23 aprel tarixli 44 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar” ləğv edilsin.
Azər Axşamın ilk evliliyindən olan 20 yaşlı oğlu  FOTO like
  • 13 Okt 12:44  
Şou-biznes Azər Axşamın ilk evliliyindən olan 20 yaşlı oğlu FOTO

Tanınmış aktyor-şoumen Azər Axşamın (Şabanov) oğlu Cavidanın 20 yaşı

arrow Ətraflı
Bakı-Tbilisi-Qarsın rəsmi açılışı oktyabrın 30-da Bakıda olacaq like
  • 13 Okt 12:44  
Digərləri Bakı-Tbilisi-Qarsın rəsmi açılışı oktyabrın 30-da Bakıda olacaq

Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimi oktyabrın 30-da Ba

arrow Ətraflı
38423 nəfər heyvan sahibinə subsidiya ödənilib like
  • 13 Okt 12:43  
Digərləri 38423 nəfər heyvan sahibinə subsidiya ödənilib

2017-ci ilin sentyabr ayınadək süni mayalanma yolu ilə alınmış 45020 ba

arrow Ətraflı
Xorxe Sampaoli Çilinin fiaskosunu öncədən təxmin edib like
  • 13 Okt 12:40  
İdman Xorxe Sampaoli Çilinin fiaskosunu öncədən təxmin edib

Çili millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli 2015-ci ildə

arrow Ətraflı
Azərbaycanlı aktyoru erməni filminə dəvət etdilər  FOTOFAKT like
  • 13 Okt 12:39  
Digərləri Azərbaycanlı aktyoru erməni filminə dəvət etdilər FOTOFAKT

Tanınmış aktyor-ssenarist Elsevər Mehdizadəyə erməni rejissor tərəfind

arrow Ətraflı
Səmranın bu görüntüsü "TOPA TUTULDU"  FOTO like
  • 13 Okt 12:37  
Şou-biznes Səmranın bu görüntüsü "TOPA TUTULDU" FOTO

Müğənni Səmra Rəhimli sosial mediadakı paylaşımı ilə tənqid olunub.

arrow Ətraflı
Bələdiyyələrin səlahiyyətləri artırılır like
  • 13 Okt 12:36  
Digərləri Bələdiyyələrin səlahiyyətləri artırılır

Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin material

arrow Ətraflı
Fahriye təkliflərdən uşaq üçün imtina edir?  FOTO like
  • 13 Okt 12:35  
Digərləri Fahriye təkliflərdən uşaq üçün imtina edir? FOTO

Fahriye Evcenin iyunda baş tutan toyundan sonra gələn bütün film və serial

arrow Ətraflı
Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır like
  • 13 Okt 12:30  
Digərləri Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır

Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbami

arrow Ətraflı
Karbamid zavodunun tikinti işləri 99% yekunlaşıb like
  • 13 Okt 12:26  
İqtisadiyyat Karbamid zavodunun tikinti işləri 99% yekunlaşıb

Bu ilin sonuna inşaat işləri başa çatacaq, gələn il isə zavod istifadəy

arrow Ətraflı
22 min manata görə 8 il CƏZA like
  • 13 Okt 12:25  
Digərləri 22 min manata görə 8 il CƏZA

Bakıda qadına qarşı dələduzluq  təqsirləndirilən Elnur Abdullayevin ci

arrow Ətraflı
Braziliyalı mütəxəsisin oğlan nəvəsi dünyaya gəlib like
  • 13 Okt 12:23  
İdman Braziliyalı mütəxəsisin oğlan nəvəsi dünyaya gəlib

Braziliya millisi və "Real"ın sabiq müdafiəçisi Roberto Karlos ba

arrow Ətraflı