Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır


Digərləri 13 Okt 2017 12:30:53 337 0

Sumqayıtda karbamid zavodunun tikintisi başa çatır

Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlərin 98,1 faizi başa çatıb.

Bakı. Maksim Tsurkov - Sumqayıtda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üzrə işlərin 98,1 faizi başa çatıb. Trend-in məlumatına görə, bunu karbamid zavodunun direktoru Xəyal Cəfərov Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib. O qeyd edib ki, mühəndislik işləri və avadanlıqların alınması 100 faiz, tikinti işləri 93,3 faiz və montaj işləri 88,5 faiz yekunlaşıb: "Zavodun tikintisi üzrə bütün işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Gələn ilin əvvəlində buraxılış-sazlama işlərinə başlanılacaq. İstehsala isə 2018-ci ilin birinci yarısında start veriləcək".