Karbamid zavodunun tikinti işləri 99% yekunlaşıb


İqtisadiyyat 13 Okt 2017 12:26:57 385 0

Karbamid zavodunun tikinti işləri 99% yekunlaşıb

Bu ilin sonuna inşaat işləri başa çatacaq, gələn il isə zavod istifadəyə veriləcək

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa edilən Karbamid Zavodunun işləri 99,3% yekunlaşıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017"də zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodda ümumi işlərin 98,1 %-i yerinə yetirilib: "Mühəndislik işləri, satınalmalar 100%, quraşdırma işləri isə 88,5% tamamlanıb".