UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub


İqtisadiyyat 13 Okt 2017 12:18:57 125 0

UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub

Universitetdə “Sosial Biznes: Azərbaycanda Reallıqlar və Perespektivlər” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Təhsil Nazirliyinin dəstəyi, bu ali təhsil ocağının, eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və Azərbaycan Yunus Sosial Biznes Mərkəzinin təşkilatçılığı ilə “Sosial Biznes: Azərbaycanda Reallıqlar və Perespektivlər” mövzusunda konfrans keçirilib.

Bu barədə “Report”a BAMF-dən bildirilib.

Məlumata görə, tədbirdə çıxış edən universitetin rektoru Ədalət Muradov sosial biznesin diqqət cəlb edən mövzu olduğunu və cəmiyyətə azad kapitalizm ideyasının alternativi kimi təqdim edildiyini deyərək onun özəlliklərindən danışıb: “Burada sahibkarlıq fəaliyyətinin məqsədi mənfəət deyil, cəmiyyətdəki problemlərin həllidir. Bu baxımdan əminliklə deyə bilərəm ki, biz, təhsil müəssisəsi olaraq müəyyən mənada sosial bizneslə məşğuluq. Məzunlarımızın işlə təmin olunması qarşımızda çox ciddi məsələ kimi dayandıqda Nobel Mükafatçısı Məhəmməd Yunusun “sən iş axtarma, iş yarat!” fikri bizə mükəmməl bir ideya verir”.

Konfransda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun videomüraciəti yayımlanıb. O, Azərbaycana səfərini məmnuniyyətlə xatırlayaraq, BAMF prezidenti Umud Mirzəyev və UNEC rektoru Ədalət Muradovla görüşündən bəhs edib: “Görüşlərimizdə bu qənaətə gəldik ki, biz diqqətimizi sosial biznes üzərində cəmləyərək münasibətlər qura bilərik və indi də bunu uğurla icra edirik. Mən əminəm ki, Azərbaycan höküməti insanların problemlərini həll etmək istiqamətində müvafiq addımlar atır, amma insanlar da həyatlarını özləri qurmaqda fəal olmalıdırlar. Bu, mənim inamımdır”.

U.Mirzəyev isə Məhəmməd Yunus və Yunus Mərkəzi ilə uzun müddətdən bəri davam edən dostluq və əməkdaşlıq münasibətlərindən danışaraq onun Azərbaycana səfəri zamanı ölkə rəhbəri ilə, bəzi rəsmilərlə görüşünün əhəmiyyətinə toxunub: “Məhəmməd Yunusun ölkəmizə səfərindən sonra prezidentin fikirləri, göstəriş və tapşırıqları sosial biznes ideyası ətrafında yeni təşəbbüs və yanaşmaların tətbiqini zəruri edib”. U.Mirzəyev M.Yunusu insanları öz ideyalarına inanmağa sövq edən ideya generatoru adlandırıb. O, UNEC, Yunus Sosial Biznes Mərkəzi və BAMF arasında bağlanan üçtərəfli memorandum sayəsində bir müddətdir ki, sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində görülən işlərdən söz açıb.

Konfransda çıxış edən digər məruzəçilər də sosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan faktoru, ixrac məsələlərinin gücləndirilməsi, iqtisadi etimadın formalaşması və.s məsələlərə toxunublar. Məruzəçilər bu ideyanın vətəndaş təşəbbüslərinin artırılması, təsərrüfat sahələrinin inkişafındakı roluna diqqət çəkiblər.

Konfrans müzakirələrlə davam etdirilib. 

Azərbaycanda bələdiyyələrə yeni səlahiyyət verilir like
  • 13 Okt 12:18  
Sosial Azərbaycanda bələdiyyələrə yeni səlahiyyət verilir

Yaşıllıqların salınması üçün əkin materialları yerləşdirmək məqs

arrow Ətraflı
Putin MDBni SSRİyə çevirmək istəyir? like
  • 13 Okt 12:18  
Siyasət Putin MDBni SSRİyə çevirmək istəyir?

"Moskvanın səylərinə baxmayaraq, MDB-ni işlək təşkilata çevirmək mümk

arrow Ətraflı
Çin dağlarda tras çəkir - 13,4 milyard dollara like
  • 13 Okt 12:17  
Digərləri Çin dağlarda tras çəkir - 13,4 milyard dollara

Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ə

arrow Ətraflı
Rusiya Mərkəzi Bankı avrodan qızıla keçir like
  • 13 Okt 12:13  
İqtisadiyyat Rusiya Mərkəzi Bankı avrodan qızıla keçir

Rusiya son 10 ildə qızıl ehtiyatlarını 9 dəfədən çox artırıb

arrow Ətraflı
Prezident İlham Əliyev: “Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir” like
  • 13 Okt 12:12  
Siyasət Prezident İlham Əliyev: “Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir”

"Biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yeti

arrow Ətraflı
Azərbaycan doğulan oğlan uşaqlarının sayı artıb like
  • 13 Okt 12:12  
Digərləri Azərbaycan doğulan oğlan uşaqlarının sayı artıb

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər

arrow Ətraflı
Bolqarıstan Prezidenti: "Biz Cənub Qaz Dəhlizinə dəstək veririk" like
  • 13 Okt 12:11  
Siyasət Bolqarıstan Prezidenti: "Biz Cənub Qaz Dəhlizinə dəstək veririk"

Rumen Radev: "Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanl

arrow Ətraflı
Bakı metrosunda oğlanın ürəyi getdi like
  • 13 Okt 12:11  
Digərləri Bakı metrosunda oğlanın ürəyi getdi

Metronun "28 may" stansiyasında bu gün səhər saat saatlarında hə

arrow Ətraflı
Prezident İlham Əliyev: "Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir" like
  • 13 Okt 12:08  
Siyasət Prezident İlham Əliyev: "Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir"

Bolqarıstan Azərbaycan üçün çox sıx tərəfdaşdır, dost ölkədir.

arrow Ətraflı
Məşhur model sessiyada yıxıldı  FOTO like
  • 13 Okt 12:07  
Digərləri Məşhur model sessiyada yıxıldı FOTO

Dünyanın ən məşhur supermodellərindən biri, amerikalı Keyt Apton yeni fo

arrow Ətraflı
Millidə türk məşqçi? like
  • 13 Okt 12:06  
İdman Millidə türk məşqçi?

Yığmamızın baş məşqçisi Prosineçki bir neçə

arrow Ətraflı
Gəncədə evlərdən və avtomobillərdən oğurluq edənlər tutulub like
  • 13 Okt 12:04  
Digərləri Gəncədə evlərdən və avtomobillərdən oğurluq edənlər tutulub

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayr

arrow Ətraflı