Millidə türk məşqçi?


İdman 13 Okt 2017 12:06:00 300 0

Millidə türk məşqçi?

Yığmamızın baş məşqçisi Prosineçki bir neçə gün əvvəl Xorvatiya mətbuatına verdiyi açıqlamada Azərbaycan millisinin baş məşqçi postundan gedəcəyini bildirmişdi.

Goal.az xəbər verir ki, Türkiyə mətbuatı Prosineçkini Engin Fıratın əvəzləyəcəyini yazıb.

Son olaraq, ABŞ-ın “Dallas City" klubunu çalışdıran Fıratın yığmamızdan başqa İranın “Saypa” klubu, Moldova və Kosova milliləri ilə adı hallanır. Onun Moldova yığmasına keçməyə daha yaxın olduğu bildirilir.