Gəncədə evlərdən və avtomobillərdən oğurluq edənlər tutulub


Digərləri 13 Okt 2017 12:04:25 275 0

Gəncədə evlərdən və avtomobillərdən oğurluq edənlər tutulub

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşlara məxsus evlərdən və şəxsi nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı növbəti uğurlu tədbirlər həyata keçirilib.

Bakı. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşlara məxsus evlərdən və şəxsi nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı növbəti uğurlu tədbirlər həyata keçirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun və sentyabr ayları ərzində rayon ərazisində 5 evdən və 3 avtomobildən müvafiq olaraq pul, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş - Elşən Kərimov və Kəmaləddin Qasımov tutulublar. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə cari ilin aprel-sentyabr ayları ərzində rayon ərazisində 6 avtomobildən və 1 evdən müvafiq olaraq pul və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini İlqar Məmmədov saxlanılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.