Bakıda qadına qarşı dələduzluq edən şəxsə hökm oxunub


Sosial 13 Okt 2017 11:19:21 266 0

Bakıda qadına qarşı dələduzluq edən şəxsə hökm oxunub

O, 8 il azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

"Report"un xəbərinə görə, hakim Əfqan Hacəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Abdullayev 8 il azadlıqdan məhrum edilib

Qeyd edək ki, E.Abdullayev Afaq Yadigarovaya qarşı 22 min 400 manat məbləğində dələduzluq edib.