Gündüz İsmayılov: "Azərbaycanda dini məlumatlar yayan saytlar xaricdən idarə olunur"


Sosial 13 Okt 2017 11:26:00 331 0

Gündüz İsmayılov: "Azərbaycanda dini məlumatlar yayan saytlar xaricdən idarə olunur"

Dövlət Komitəsi sədrinin müavini: "Onlarla bağlı hüquq-mühafizə orqanları tədbir görüb"

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütamadi olaraq KİV-lərin monitorinqini həyata keçirir və təhlil işləri aparılır, nəticəyə uyğun müvafiq tədbirlər görülür".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, monitorinq nəticəsində dini və məzhəb ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytların olduğu müəyyənləşib: "Bu cür saytlar özlərini xəbər portalları kimi təqdin etsələr də əksəriyyəti dini qaynaqlı saytlardır. Bunlar dini mahiyyət daşıyan dini qruplar tərəfindən idarə olunub. Onlarla bağlı hüquq-mühafizə orqanları tədbir görüb. Bu cür saytların demək olar ki, hamısı xaricdən idarə olunur. Onların domemlərinə baxmaq kifayətdir ki, Azərbaycandan idarə olunmadığı görünsün".