Advokat Hollandiya millisindən ayrılır


İdman 13 Okt 2017 10:50:00 357 0

Advokat Hollandiya millisindən ayrılır

Futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Dik Advokat noyabrda postunu tərk edəcək.

Goal.az 70 yaşlı mütəxəssis “Football Oranje” portalına açıqlamasında bildirib ki, Niderland Krallığının Futbol İttifaqı gələcək üçün milliyə yaxşı baş məşqçi tapmalıdır. Özü isə yığmanın noyabrda keçirəcəyi yoldaşlıq oyununa qədər postunda qalacaq.

Dik Advokatın bu ilin iyulundan rəhbərlik etdiyi kollektiv 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib. Niderlandlılar yer aldıqları A qrupunda Fransa və İsveçdən geri qalaraq, 3-cü yeri tutublar.