Poltava Milli Texniki Universitetinin nümayəndə heyəti BANM-da olub


Sosial 13 Okt 2017 11:15:23 373 0

Poltava Milli Texniki Universitetinin nümayəndə heyəti BANM-da olub

Səfərin məqsədi tədris müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli Anlaşma Memorandomunun imzalanmasıdır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb.

Ali Mıəktəbin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, səfərin məqsədi tədris müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi və ikitərəfli Anlaşma Memorandomunun imzalanmasıdır. 

Nümayəndə heyətinə Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenko, elm və təhsil məsələləri üzrə rektorun birinci müavini Boqda Korobko, beynəlxalq əməkdaşlıq üzrə prorektor Svetlana Sivitskaya və digər önəmli şəxslərdən ibarət olub. 

1930-cu ildən bəri fəaliyyət göstərən Poltava Milli Texniki Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbinə olan marağından danışaraq, qısa müddət ərzində əldə edilən nüfuz və nailiyyətlərə görə BANM-in rektoru Elmar Qasımovu təbrik ediblər.

BANM-in rektoru isə öz növbəsində qonaqlara təşəkkürünü bildirərək, BANM-in partnyorluq etdiyi universitetlər sırasına qoşulan Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetilə başlanan münasibət və əməkdaşlığın tezliklə öz bəhrəsini verəcəyindən əmin olduğunu deyib.