Dünyanın ən bahalı villası satılır FOTO


Digərləri 13 Okt 2017 11:04:00 366 0

Dünyanın ən bahalı villası satılır  FOTO

Fransanın Lacivərd sahilində, Vilfranş sür Mer şəhərinin Sen Jan Kap Ferra rayonunda yerləşən "Les Cedres" ("Sidrlər") villası satışa çıxarılıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, villanın ilkin qiyməti 418,1 milyon dollardır.

1902-ci ildə Belçika kralı 2-ci Leopoldun sifarişi ilə məşuqəsi və sonrakı arvadı Karolina Lakrua üçün tikilmiş villa 7-ci Eduard bulvarında yerləşir.

Villanın indiki sahibi "Marnier-Lapostolle" şirkətinin sahibəsi, bankir Edmond Safranın dul xanımı Lili Safradır.


Xəbərə aid fotolar