Azərbaycan doğulan oğlan uşaqları çoxluq təşkil edir


Digərləri 13 Okt 2017 11:05:00 335 0

Azərbaycan doğulan oğlan uşaqları çoxluq təşkil edir

Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb.

Bakı. Elçin Mehdiyev – Cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb. Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir. Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına ömrü boyu 2,0 uşaq düşür.