Göyçayda sahibsiz it 3 nəfərə hücum etdi


Digərləri 13 Okt 2017 10:59:00 325 0

Göyçayda sahibsiz it 3 nəfərə hücum etdi

Göyçay rayonunda 3 nəfər itin hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraxıdır kəndində qeydə alınıb.

Sahibsiz it kənd sakinləri, 1969-cu il təvəllüdlü Zülfüqarov Rəhim Mürsəl oğlu, 1985-ci il təvəllüdlü Kərimov Elçin Cəbi oğlu və Kərimova Aidə Xəqani qızına hücum edərək əl və ayaqlarından xəsarətlər yetirib.   Onlar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, quduzluğa qarşı vaksin vurulub.