Azərbaycan əhalisinin son sayı açıqlandı - 9867250 nəfər


Digərləri 13 Okt 2017 10:56:00 314 0

Azərbaycan əhalisinin son sayı açıqlandı - 9867250 nəfər

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb.

Bakı. Elçin Mehdiyev – Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb. Trend-in məlumatına görə, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.