"Araz" üçüncü qələbəyə doğru


Digərləri 13 Okt 2017 10:18:00 427 0

"Araz" üçüncü qələbəyə doğru

“Araz” Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı ilə qələbə qazanıb.

Bakı. Futzal üzrə UEFA kubokunun əsas mərhələsində ikinci oyununu keçirən “Araz” Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı ilə qələbə qazanıb. Trend-in məlumatına görə, Maykon da Silvanın 4 dəfə fərqləndiyi oyunda “Araz”ın digər qollarını Karvalho dos Santos və Teles Thaqo vurub. Qeyd edək ki, “Araz” ilk oyunda “Mostar”ı 5:2 hesabı ilə məğlub etmişdi. Təmsilçimiz qrupda son oyununu oktyabrın 14-də, Bakı vaxtı ilə saat 20:00-da Rumıniyanın “Deva” komandasına qarşı keçirəcək.