Dünyanın ən yaxşı ikili modullu kameralarından biri ilə təchiz olunmuş, yeni Samsung Galaxy Note 8 smartfonu


Digərləri 13 Okt 2017 10:00:00 325 0

Dünyanın ən yaxşı ikili modullu kameralarından biri ilə təchiz olunmuş, yeni Samsung Galaxy Note 8 smartfonu

Bizim həyatımız, kamera obyektivi ilə təcəssüm etməyə çalışdığımız xatirələrdən ibarətdir. Lakin anı canlandırıb, hər bir detalı təsvir etmək mümkündürmü? İkili kamera ilə mümkündür! Samsung Galaxy Note 8 arxa panelində iki ədəd 12 MP-lik əsas kamera yerləşən yeni premial smartfondur. İkinci sensor birinci sensorun "görmədiyi" və ötürə bilmədiyi detalları əhatə etmək üçün nəzərdə tutulub. Hər iki kameranın təmamilə ayrı-ayrı iş prinsipi var. Əsas kamera geniş bucaqlı f/1,7 diafraqmalı obyektiv ilə təchiz olunub, ikinci isə, ensiz f/2,4 diafraqmasına malikdir və hərəkətdə olan obyektləri daha asan çəkir. Əsas iki kamera ilə yanaşı ön paneldə 8-iz MP, f/1,7 diafraqmalı selfi kamerası quraşdırılıb.

Boke effekti günümüzdə çox populyardır. Yeni smarfonlarda Boke təsviri əldə etmək üçün ikinci kameranın imkanlarından istifadə olunur. Bunun üçün Samsung Galaxy Note 8-də "Live Focus" nəzərdə tutulub. Bu funksiya sayəsində siz şəkildəki arxa fonun "yayılma" dərəcəsini (gücünü) həm şəkil çəkərkən, həm də hazır təsvir aldıqdan sonra tənzimləyə bilərsiniz. Həmçinin, bu zaman hər iki kameradan əldə olunan görüntü foto qalereyanıza əlavə ediləcək. Bəli, yeni smartfonlarla əvvəlcə şəkili çəkib, sonra rejimləri seçmək olar. Bunun üçün sadəcə "Live Focus" funksiyasını aktiv etmək kifayətdir. Şəkili çəkdikdən sonra foto qalereyanızdan görüntünü seçərək, geniş bucaqlı və uzun fokuslu variantlar arasında seçə bilər, "Food" və ya "Pro-White Balance" kimi effektləri tətbiq edə bilərsiniz.

Yeni smartfonların əsas xüsusiyyətlərindən biri Samsung-un dünyada ilk dəfə olaraq optik tənzimlənməni hər iki modul üçün istifadə etməsidir. İndi aydın şəkilləri və "slow motion" videoları iki qat zoom ilə çəkmək mümkündür. Bir çox smartfon optik "böyütmə" ilə təchiz olunub, amma bu funksiyadan zəif işıqlandırma şəraitində istifadə zamanı cihaz ensiz diafraqmalı kameranı deyil, məhz işıq qüvvəti daha çox olan enli bucaqlı kameradan istifadə edir. Bununla da obyekti "yaxınlaşdırarkən" rəqəmsal əvəzinə optik zoom-dan istifadə olunur və nəticədə şəkilin keyfiyyəti azalaraq detalizasıyası pozulur. Amma ikici kamerarının yüksək işıq qüvvəsinə malik olması (f/2,4) və optik tənzimlənmə sayəsində Galaxy Note 8-lə bu hal yaşanmır. Buna görə də yeni smarfonlarla səkillər daha aydın və dəqiq alınır. Əlavə olaraq birinci kameranın köməyi ilə də bir toxunuşla hətta qaranlıqda belə əla şəkillər əldə edə bilərsiniz. Galaxy Note8 -in enli bucaq kamerası 1.4 mkm pikseli və F1.7 diafraqması sayəsində daha çox işiq toplayır və Dual Pixel texnologiyasının köməyi ilə fokusu daha tez və dəqiq toplayır.