Bu bankın əmlakı satış çıxarılıb - SİYAHI


Digərləri 13 Okt 2017 10:08:39 247 0

Bu bankın əmlakı satış çıxarılıb - SİYAHI

“Azərbaycan Kredit Bankı” ASC-nin mülkiyyətində olan əmlakların razılaşdırılmış qiymətə satışı həyata keçirilir.

Bakı. Ləğv prosesindəki “Azərbaycan Kredit Bankı” ASC-nin mülkiyyətində olan əmlakların razılaşdırılmış qiymətə satışı həyata keçirilir. Trend-in məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki 58 nömrəli binada yerləşən 206 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nərimanov küçəsi, ev 26, mənzil 10 (ümumi sahəsi 75,2 kv.m 3 otaqlı mənzil), Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 33, mənzil 22, (30 kv.m ümumi sahədən ibarət 2 otaqlı mənzil), Səbail rayonu, Aydın Məmmədov küçəsindəki 51 nömrəli binanın yarımzirzəmisində yerləşən 525,63 kv.m qeyri-yaşayış sahəsi, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 12, mənzil 4 (59,3 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzil), Quba şəhəri, Hikmət Hüseynov küçəsi, 44 nömrəli ünvandakı 0,03202 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, xüsusi təyinatlı, zirehli, buraxılış ili 2006-cı il olan “Volkswagen Disa 29612” markalı puldaşıyan avtomaşın, eləcə də ofis mebeli, kompüter, printer və telefon aparatları satışa çıxarılıb.