Bakıda yol qəzasına baxan sürücü özü qəza törədib, 1 nəfər yaralanıb


Digərləri 13 Okt 2017 08:59:00 332 0

Bakıda yol qəzasına baxan sürücü özü qəza törədib, 1 nəfər yaralanıb

Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, "90-XH-956" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb.

Nəticədə "Volkswagen"in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.