NATO Türkiyənin Rusiyadan "S400" almasından narahtdır


Dünya 13 Okt 2017 09:06:00 324 0

NATO Türkiyənin Rusiyadan "S400" almasından narahtdır

Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb.

Milli/Az APA-ya istinadə xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.   

"Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır", - deyə Key Beyli Xatçison "Washington Post" nəşrinə müsahibəsində bildirib.     Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.   "ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu, bizim marağımızda deyil. Bu, heç Türkiyənin özünün də marağında deyil", - ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib.  

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində