Azərbaycanda su təchizatının yaxşılaşdırlmasına Yaponiya şirkəti kömək edəcək


Digərləri 13 Okt 2017 09:08:20 268 0

Azərbaycanda su təchizatının yaxşılaşdırlmasına Yaponiya şirkəti kömək edəcək

Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) 2020-ci ilin sonuna qədər Azərbaycanda şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üzrə layihənin reallaşdırılmasını yekunlaşdırmaq niyyətindədir.

Bakı. Azad Həsənli - Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) 2020-ci ilin sonuna qədər Azərbaycanda şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin modernləşdirilməsi üzrə layihənin reallaşdırılmasını yekunlaşdırmaq niyyətindədir. Bu barədə özəl olaraq şirkətdən Trend-ə bildiriblər. Qeyd edək ki, layihə üzrə müqavilə 2009-cu ilin mayında bağlanıb və dəyəri 291 milyon dollar təşkil edir. Layihənin məqsədi - Azərbaycan rayonlarının inzibati mərkəzlərində su təchizatını yaxşılaşdırmaq və kanalizasiya sistemlərinin modernləşdirilməsini həyata keçirməkdir.