"Apple" yeni elastik "iPhone"un hazırlanması üzərində işləyir


Digərləri 13 Okt 2017 08:51:00 323 0

"Apple" yeni elastik "iPhone"un hazırlanması üzərində işləyir

"Apple" korporasiyası yeni elastik ekrana sahib olacaq "iPhone"un hazırlanmasına başlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, "LG Display" "iPhone"un yeni modeli üçün əyilən OLED ekranının hazırlanması üzrə komanda yaradıb. Bundan başqa, "LG Innotek" həm elastik, həm də dözümlü olacaq çap platasını lahiyələndirməyə başlayıb.