Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qarşısındakı maşına çırpılıb FOTO


Digərləri 13 Okt 2017 08:55:00 320 0

Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qarşısındakı maşına çırpılıb  FOTO

Bakının Nərimanov rayonunda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Atatürk prospektində yüksək sürətlə hərəkət edən "Azsamand" markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamadığı üçün qarşısındakı "BMW"yə çırpılıb.

Nəticədə xəsarət alan olmasa da, "Azsamand" deformasiyaya uğrayıb. Qəza baş verən əraziyə yol polisləri cəlb edilib.