Bakıda yol qəzasına baxan sürücü özü qəza törədib, 1 nəfər yaralanıb - FOTOREPORTAJ


Sosial 13 Okt 2017 08:41:16 339 0

Bakıda yol qəzasına baxan sürücü özü qəza törədib, 1 nəfər yaralanıb - FOTOREPORTAJ

Hadisə Nərimanov rayonunda baş verib

Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "90-XH-956" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb.

Nəticədə "Volkswage"nin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.