Piyada keçidi ilə hərəkət edən gənc qızı maşın vurub


Digərləri 13 Okt 2017 08:46:00 314 0

Piyada keçidi ilə hərəkət edən gənc qızı maşın vurub

Ötən gecə Abşeron rayonunun Müşviqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, Şamaxı-Bakı yolu ilə hərəkət edən "99-GC-706" dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı qızı vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın Reanimasiya şöbəsinə köçürüblər.