Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qarşısındakı maşına çırpılıb


Sosial 13 Okt 2017 07:58:07 334 0

Bakıda yüksək sürətlə hərəkət edən avtomobil qarşısındakı maşına çırpılıb

Qəza Atatürk prospektində qeydə alınıb

Bakının Nərimanov rayonunda iki maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Atatürk prospektində yüksək sürətlə hərəkət edən "Azsamand" markalı avtomobilin sürücüsü ara məsafəsi saxlamadığı üçün qarşısındakı "BMW"yə çırpılıb.

Nəticədə xəsarət alan olmasa da, “Azsamand” deformasiyaya uğrayıb.

Qəza baş verən əraziyə yol polisləri cəlb edilib.

Hər iki sürücünün izahatları alınıb.