Füzuli rayonunda mərmi tapılıb (FOTO)


Digərləri 13 Okt 2017 02:58:32 363 0

Füzuli rayonunda mərmi tapılıb (FOTO)

12 Oktyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Horadiz qəsəbəsi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub. Agentlikdən Trend-ə verilən məlumata görə, əsasən Agent

Bakı. 12 Oktyabr 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Horadiz qəsəbəsi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub. Agentlikdən Trend-ə verilən məlumata görə, əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilmişdir. Agentliyin mütəxəssisləri tərəfindən Horadiz qəsəbəsində “Burğa dərəsi” adlanan əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərminin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.