Paytaxtın 8-ci kilometr qəsəbəsində gənc oğlan bıçaqlanıb


Sosial 13 Okt 2017 01:36:26 351 0

Paytaxtın 8-ci kilometr qəsəbəsində gənc oğlan bıçaqlanıb

Çoxlu qan itirən yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 8-ci kilometr qəsəbəsində şəxsiyyəti hələlik məlum olmayan təqribən 30 yaşlı kişi bıçaqlanıb.

Şahidlərin dediyinə görə, çoxlu qan itirən yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırılır.