Ağdamda dananın vurduğu kişi dəmir parçasına keçərək ağır yaralanıb


Sosial 12 Okt 2017 23:42:16 318 0

Ağdamda dananın vurduğu kişi dəmir parçasına keçərək ağır yaralanıb

Hadisə rayonun Dördyol qəsəbəsində baş verib

Ağdam rayonunun Dördyol qəsəbəsində bədbəxt hadisə baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, 1970-ci il təvəllüdlü rayon sakini Hüseynov Fazil İsa oğlu tövlədə saxladığı iribuynuzlu heyvana yem verərkən dana onu vurub.

Zərbənin gücündən müvazinətini itirən kişi yerə yıxılıb. Kişi yıxılan zaman yerdə olan dəmir parçası onun döş qəfəsinə batıb. Yaralı bir müddət huşsuz vəziyyətdə yerdə qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyəti ağırdır.