Ağciyərləriniz sağlamdırmı?


Digərləri 12 Okt 2017 23:55:00 276 0

Ağciyərləriniz sağlamdırmı?

Ağciyərlərin xərçəngdən başqa digər xəstəliklərinin əmələ gəlməsində immun sisteminin, ailə-məişət şəraitinin, ətraf ortamın rolu böyükdür. Ən çox rast gəlinən ağciyər xəstəlikləri aşağıdakılardır: * kəskin pnevmoniya * xroniki pnevmoniya * plevrit * bronxhektazlar * vərəm. Son.az immunitet.az-a istinadən bildirir ki, ağciyər xətəliklərinin sayı staistik hesablamala görə 5 ildən bir 2 dəfə artır. Xüsusilə də vərəm xəstəliyinin son illərdə sürətlə yayılmasını nəzərə alsaq əhalinin bu barədə maariflənməyə ehtiyacı olduğu aydınlaşır. Əgər sizdə aşağıdakı əlamətlərdən bir-neçəsi aşkarlanarsa mütləq pulmanoloqa müraciət etməniz lazımdır: * bəlğəmli və ya quru öskürmə * titrəmə * qızdırma * iştahsızlıq * halsızlıq * tez yorulma * əzginlik * qanhayxırma * sinədə və kurəkdə ağrılar.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində