13 gün açıqsaçıq geyimlər qadağan ediləcək


Digərləri 12 Okt 2017 23:46:00 386 0

13 gün açıqsaçıq geyimlər qadağan ediləcək

Tailand sakinləri oktyabrın 13-dən 26-dək bir il əvvəl dünyasını dəyişən kral Bhumibol Adulyadeji yad edəcəklər. Son.az publika.az-a istinadən xəbər verir ki, ölkə hakimiyyəti turistlərdən xalqın hislərinə hörmətlə yanaşmağı xahiş edib. Məlumata görə, Tailand turizm idarəsinin nümayəndələri turistlər üçün müvəqqəti davranış qaydalarını dərc edib. Qaydalara görə, ölkənin qonaqları parlaq və seksual geyimlərdən imtina etməlidir. Qeyd edilir ki, turistlər çimərlik geyimlərində çimərliyə baş çəkə və gecə klublarında rəqs edə bilərlər. Gözlənilir ki, görməli yerlərin əksəriyyəti adi rejimdə işləyəcək. Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində