İmam Səccad xəlifənin dünya barədə təklifinə nə cavab verdi?


Digərləri 12 Okt 2017 23:15:00 475 0

İmam Səccad xəlifənin dünya barədə təklifinə nə cavab verdi?

İmam Baqir (ə) buyurur: "Əbdülməlik Mərvan Allahın evini təvaf edirdi. Atam da onun qarşısında təvaf edirdi. Mərvan soruşur: "Bu kimdir ki, məndən qabağa düşmüşdür?". Dedilər: "İmam Zeynəlabidin Əli ibni Hüseyndir (ə)". Deyir: "Onu qaytarın". İmamı (ə) qaytarırlar və Mərvan deyir:" Ey Əli ibni Hüseyn! Mən sənin atanı öldürən kəs deyiləm. Bəs sənə nə mane olur ki, mənim yanıma gələsən?".

Son.az islam.az-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Həqiqətən də atamı öldürən etdiyi əmələ görə dünyasını özü üçün məhv etdi və atam da axirəti onun üçün məhv etdi. Əgər istəyirsənsə, onun kimi ol". Mərvan deyir: "İstəmirəm, ancaq bizim yanımıza gəl ki, bizim dünyamızdan bir şey əldə edəsən". İmam (ə) bu sözləri eşidən zaman əyləşir və cübbəsini açıb buyurur: "Allahım! Yaxın dostlarının hörmətini ona göstər!". Mərvan ona baxan zaman gördü ki, cübbəsi nurlu qapılarla doludur ki, nuru Bəsrəyə qədər əsər qoyur. İmam (ə) buyurur: "O kəsin ki, hörməti buna yaxın olar, sənin dünyana nə hacəti olar?". Sonra dua edir: "Allahım, geri al ki, mənim ona hacətim yoxdur". Həmin nurlu qapılar yoxa çıxır".