Rusiya Ermənistana silah üçün yeni kredit ayıracaq


Dünya 12 Okt 2017 23:05:00 378 0

Rusiya Ermənistana silah üçün yeni kredit ayıracaq

Ermənistan hökuməti Rusiyadan müdafiə məqsədləri üçün 100 milyon dollar məbləğində yeni kredit sazişini imzalamaq haqqında qərar qəbul edib.

Sənədə əsasən, Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul təchizatının maliyyələşdirilməsi məqsədilə Rusiya Ermənistana ekspert krediti təqdim edəcək.

Son.az BBC-yə istinadən bildirir ki, kredit Ermənistan tərəfindən, 2023-cü ildən başlayaraq, 15 il müddətində ödənilməlidir. Onlardan 5 ili üçün 3 faizlik güzəştli ödəniş dərəcəsi nəzərdə tutulur.

Sazişə əsasən, Ermənistan sözügedən kredit vəsaitlərini 2018-2022-ci illər müddətində istifadə etməlidir.

Bundan əvvəl, 2015-ci ildə, Ermənistan və Rusiya hökumətləri arasında Ermənistana Rusiyada istehsal olunmuş hərbi təyinatlı məhsul əldə etmək üçün, ödəniş müddətinin 2018-ci ilədək təxirə salınması şərtilə, 10 il müddətinə 200 milyon dollar məbləğində dövlət ixracat kreditini təqdim etmək haqqında saziş imzalanmışdı.