İmam Hüseyn (ə) son anadək ailəsinin qeyrətini çəkirdi


Digərləri 12 Okt 2017 22:45:00 393 0

İmam Hüseyn (ə) son anadək ailəsinin qeyrətini çəkirdi

İmam Hüseyn (ə) cəddinin davamçısı olaraq, ailə qurmağa və ona diqqət etməyə xüsusi əhəmiyyət verirdi. İmamın (ə) nəzərində sağlam ailə o ailədir ki, mənəviyyat və dini mədəniyyət, ruhi və cismi sağlamlıq, ali əxlaqi və ruhi dəyərlərə malik olsun ki, sağlam, aqil, alim və bəsirətli övladlar yetişdirə bilsin.

Son.az deyerler.org-a istinadən bildirir ki,  İmam Hüseynin (ə) nəzərində ailə - təqva və günahdan çəkinmək üçün ən gözəl ocaq və məhəbbət və rahatlıq yeridir.   İmam Baqir (ə) nəql edir: "Bir gün bir dəstə insan İmam Hüseynin (ə) xidmətinə gəlir. Həzrətin evində bahalı xalçalar, gözəl əşyalar görürlər. Deyirlər: "Ey Allahın Rəsulunun (s) övladı! Biz sizin evinizdə elə şeyləri müşahidə edirik ki, bizə xoş gəlmir". Həzrət (ə) buyurur: "Evlənən zaman qadınların mehriyyəsini veririk və onlar da nəyi sevirlərsə, özləri üçün onu alırlar. Burada müşahidə etdiyiniz heç bir əşya məndən deyildir".   Bu hədisdən göründüyü kimi Həzrət (ə) həyat yoldaşlarının istək və arzularına dəyər verir və onlara hörmət edir. (Tebyan)   İmam (ə) öz ailəsinin qeyrətini çəkən bir insan idi. O zaman ki, yaralı halda yerə yıxılır, eşidir ki, düşmən xeymələrə hücum etmək istəyir. Hətta bu halda belə, İmam Hüseyn (ə) başını qaldırıb, fəryad çəkir: "Ey Əbu Süfyanın davamçıları! Əgər dininiz yoxdursa, məaddan da qorxmursunuzsa, onda dünyanızda azad olun. Əgər ərəbsinizsə, öz əslinizə qayıdın".   Hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) həyat yoldaşı Rübabı çox sevirdi və onun üçün şeir də qoşmuşdu ki, məzmunu belədir: "Sənin canına and içirəm ki, mən o evi sevirəm ki, Səkinə və Rübab orada olsun. O ikisini də sevirəm və bütün malımı bu yolda bağışlayaram".   İmam (ə) həyat yoldaşlarını və ailəsinin ehtiyaclarına həmişə diqqət etmişdir. Hətta Aşura günü qardaşı Həzrət Abbasa (ə) icazə verir ki, susuz övladları üçün su gətirsin. İmamın (ə) ən çətin zamanlarında belə ailəsini unutmaması və onların hər ehtiyacına diqqət etməsi - örnək olmalı dərslərdəndir ki, hər birimiz ibrət götürməliyik.