Qan dövranını yaxşılaşdırmanın


Digərləri 12 Okt 2017 22:50:00 389 0

Qan dövranını yaxşılaşdırmanın

Qan dövranında problem olarsa, buna diqqət etməmək mümkün deyil. Təzyiqin düşməsi, yorğunluq, təngnəfəslik, soyuq əllər və ayaqlar - qan dövranının pozulmasının aşkar əlamətləridir. Qan dövranının belə dayanması hipertoniya, damarlarda varikoz genişlənməsi və gözlərin altında tünd kölgələrin əmələ gəlməsi ilə nəticələnir. Bundan əlavə zəif qan dövranı - ürək çatışmazlığını yaradan amillərdən biridir.

Son.az immunitet.az-a istinadən bildirir ki, sağlamlıqla bağlı ciddi problemlərdən uzaq olmaq və ürəyin işini yaxşılaşdırmaq üçün bir neçə təbii üsullardan istifadə etməyiniz vacibdir.

1. Ədviyyatlardan istifadə edin. Rasionunuza ədviyyatları əlavə etmək sağlamlığınızın qeydinə qalmaq deməkdir. Qırmızı bibər (çili), qara istiot, ətirli rozmarin, kəklikotu, darçın və hətta sarımsaq qan dövranını aktivləşdirən ədviyyatlardır. Maddələr mübadiləsinin yaxşılaşmasında və cavanlığı qorumaq üçün bu ədviyyatlar faydalıdır.

2. Pilləkənlərdən istifadə edin. Bu varikozla mübarizədə çox faydalıdır. Lift istifadəsindən imtina edərək siz qan damarlrınızın divarını möhkəmləndirərək ürəyinizidə məşq elətdirmiş olursunuz.

3. Dartının. Əgər siz kompyuter arxasında çox vaxt keçirirsinizsə o zaman ən az bir saatdan bir qalxın və dartınmağa çalışın. Oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır, lakin belə dartınmalar sayəsində bu xoşagəlməz situasiyanı aradan qaldırmaq olar.

4. Siqaret çəkməkdən imtina edin. Nikotin orqanizmdən yalnızca vitamin C-ni xaric etmir. Bu zərərli maddə birbaşa ürəyə də təsir edir. Siqaret çəkməkdən imtina etsəniz bir neçə gün ərzində səhhətinizdəki dəyişiklikləri hiss edəcəksiniz.

5. Masajla dincəlin Masaj orqanizmdə qanı oynadır və qan dövranının zəifləməsinin qarşısını alır. Əl və ayaqlarınız soyuduğu zaman özünüz masaj etdikdə effektini həmən hiss edəcəksiniz.

6. Düzgün vəziyyətdə istirahət. Qan dövranını yaxşılaşdırmaq üçün uzanan zaman ayaqlarınızı baş səviyyəsindən hündürdə saxlayın. Heç olmasa gün ərzindı 15 dəqiqə döşəmədə uzanaraq ayaqlarınızı divanın üstünə qoyun.