Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb


Sosial 12 Okt 2017 22:36:36 335 0

Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

Hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Kamaz" markalı yük və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.