Balıq suyun içində ölübsə, pakdırmı və onu yemək olarmı?


Digərləri 12 Okt 2017 22:15:00 329 0

Balıq suyun içində ölübsə, pakdırmı və onu yemək olarmı?

Balıq suyun içində öz-özünə ölərsə, onun leşi pak sayılır, yəni ona toxunmaq olar. Amma bu balığı yemək olmaz, yeyilməsi haramdır. Hətta zəhər və başqa üsullarla suda öldürülsə, yenə onu yemək olmaz.

Son.az islam.az-a istinadən bildirir ki, amma əgər balıqçı suda tor qursa və balıq tora düşsə, su çəkiləndən sonra quruda can verib ölsə, bu halda yeyilməsi icazəlidir. Çünki bu zaman torla ovlanmış sayılar. Əgər dənizin dalğaları balığı sahilə atsa və ya ləpə çəkiləndən sonra balıq qumun üstündə qalsa, öz-özünə can verib ölsə, onu yemək olmaz. Əgər ölməzdən əvvəl insan onu tutsa və balıq insanın əlində ölsə, bu halda yeyilə bilər. Çünki bu zaman da balıq ovlanmış sayılacaq. Əlbəttə, bütün bunlar pulcuqlu balıqlara aiddir. Pulcuqsuz balığı hər bir halda yemək haramdır.