ABŞ-ın ardından İsrail də YUNESKO-dan çıxmaq qərarına gəlib


Digərləri 12 Okt 2017 22:04:17 185 0

ABŞ-ın ardından İsrail də YUNESKO-dan çıxmaq qərarına gəlib

Tel-Əviv təşkilatın İsrailə qarşı qərəzli mövqeyindən narazıdır

İsrailin baş naziri Binyamin Netanyahu ölkənin YUNESKO-dan çıxmaq barədə qərar qəbul etdiyini bildirib.

“Report” “Haaretz” qəzetinin saytına istinadən xəbər verir ki, Tel-Əviv təşkilatın İsrailə qarşı qərəzli mövqeyindən narazıdır.

Bundan əlavə, Netanyahu ABŞ-ın YUNESKO-dan çıxmaq qərarını alqışlayıb və bu təşkilatı “absurd teatrı” adlandırıb:

"Bu cəsur və düzgün qərardır, çünki YUNESKO absurd teatrına dönüb. Tarixi qorumaq əvəzinə onu təhrif edir".

Bundan əvvəl ABŞ 1 yanvar 2019-cu il tarixindən təşkilatı tərk etmək qərarına gəldiyini bəyan edib.