Ukraynanın şərqində ATƏT missiyası başçısı müavinin korteji qəzaya uğrayıb


Dünya 12 Okt 2017 20:57:53 370 0

Ukraynanın şərqində ATƏT missiyası başçısı müavinin korteji qəzaya uğrayıb

Qəza nəticəsində xəsarət alan olmayıb

ATƏT-in Xüsusi Monitorinq Missiyası başçısının müavini Aleksandr Xuqun korteji ölkənin şərqində mərkəzi hakimiyyətin nəzarəti altında olan Avdeyevkada piyadaların zirehli maşını ilə toqquşub.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alan olmayıb.

A.Xuq hazırda Donbasdadır və bölgədə monitorinq keçirəcək.