Şəmkirdə qızına balta ilə xəsarət yetirən ata saxlanılıb


Sosial 12 Okt 2017 20:23:17 318 0

Şəmkirdə qızına balta ilə xəsarət yetirən ata saxlanılıb

Faktla bağlı araşdırma aparılır

Şəmkir Rayonunda qızına balta ilə xəsarət yetirərək hadisə yerindən qaçan ata tutulub.

"Report"un Qərb bürosunun məlumatına görə, o, bu gün Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçiridikləri axtarış-əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, oktyabrın 9-da rayonun Çaparlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı atası tərəfindən baltayla ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.